Bakı metrosu gecə saat 2-yə kimi işləyəcək

  • By admin
  • 30 Dekabr 2016 13:50

metro

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərin iştirakçılarının daşınması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün metro stansiyalarının iş rejimi artırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Bakı Metropoliteni” QSC-nin bütün metro stansiyalarında iş rejimi gecə saat 02:00-dək artırılıb. Zərurət yarandığı halda bu müddət 02:30-dək uzana bilər.

Gununsesi.info