Bayram günü spirtli içkidən zəhərlənib öldü

  • By Admin2
  • 21 Mart 2025 15:00

Beyləqanda spirtli içkidən zəhərlənən şəxs ölüb.

Bu barədə Gununsesi.info-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Martın 20-də saat 15:00-da zəhərlənmə şübhəsi ilə 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş spirtin toksik təsiri diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 16:20-də ölüm faktı qeydə alınıb”, – məlumatda qeyd olunub.

Gununsesi.info