Bayram və istirahət günlərində təcili yardıma müraciətlərin sayı artıb

  • By admin
  • 05 Yanvar 2017 10:45

ambulani

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü, Yeni il bayramı və istirahət günlərində (31 dekabr – 5 yanvar ) təcili yardıma daxil olan müraciətlərin sayı artıb.

Gununsesi.info bildirir ki, Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə APA-ya deyib ki, bu da bayram və istirahət günlərində poliklinikaların işləməməsi ilə bağlıdır. Onun sözlərinə görə, adi günlərdə təcili yardıma gün ərzində 2000-ə yaxın müraciət daxil olurdusa, bayram günlərində onların sayı 2800-dən çox olub:

“Bu günlərdə heç bir fövqəladə hal qeydə alınmayıb. Müraciətlər əsasən, soyuqdəymə, qızdırma və təcili yardıma aid digər hallarla bağlı olub. Ümumilikdə isə təcili yardım briqadaları bayram və istirahət gücləndirilmiş iş rejimində və növbətçilik əsasında fəaliyyət göstərib”.

Gununsesi.info