Bayramovla Mirzoyan Maltada görüşəcək?

  • By Günel
  • 04 Dekabr 2024 14:31

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirak üçün Maltaya səfər edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistlərə açıqlamasında bildirib.

Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da Maltada olduğu nəzərə alınaraq Mirzoyanla görüş ola biləcəyi iddia edilir.

Ermənistan XİN sözçüsü bu iddiaların həqiqətə uyğun olmadığını, görüşün planlaşdırılmadığını deyib.

Gununsesi.info