“Bayraq meydanı”nın tikintisində səhvə yol verilib- ABİD ŞƏRİFOV NÖQSANLARDAN DANIŞDI

“Bayraq meydanı”nın tikintisində səhvə yol verilib

“Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub”.  

Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.

A. Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: “Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”.

Gununsesi.info

COMMENTS