Bazar günü hava necə olacaq?

Azərbaycanda oktyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz hava müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək

HTML tutorial

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütununnan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

Gunnusesi.info