
“Apple” şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır.
Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, bunu hərrac məlumatı əks etdirir.
Ötən gün saat 22:46-a olan məlumata görə, “Apple” səhmlərinin qiyməti 2,92 % artaraq bir səhm üçün 182,73 ABŞ dolları təşkil edib. Beləliklə, şirkətin kapitallaşması 3 trilyon ABŞ dollarını keçib.
Gununsesi.info