Bazarda hansı məhsulların qiyməti qalxıb? – VİDEO

  • By admin
  • 23 Noyabr 2021 20:30

Ərzaq məhsullarının qiyməti artmaqda davam edir. Paytaxtda yerləşən bazarlarda aparılan müşahidəyə əsasən onu demək olar ki, daha çox artım meyvə və tərəvəz qiymətlərində müşahidə olunur.

Gununsesi.info-nun  Baku.Tv-yə istinadən məlumatına görə, satıcılar bildirir ki, idxal məhsullarının qiyməti daha çox artıb.

“Yerli məhsullarımız daha ucuz qiymətədir, xarici məhsullarda isə qiymət artımı müşahidə olunur” – deyə, satıcı bildirib.

Mövsümi olmayan meyvələrlə yanaşı, bəzi mövsümi tərəvəzlərin də qiyməti bahalaşıb.

Gununsesi.info