Bazarda qiymətlər dözülməz həddə çatır - VAHİD ƏHMƏDOV HÖKUMƏTƏ SƏSLƏNDİ

  • By admin
  • 16 Mart 2021 13:02

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədovun hökumətin orada olmasından istifadə edərək, ölkədəki bahalaşmaya diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, deputat bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri çox dözülməz olduğunu deyib: “Bazrda qiymətlər gün-gündən artır. Bu qiymətlər obyektiv yox, subyektivdir. Azərbaycan dövləti bununla bağlı xüsusi tədbirlər işləyib hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq. Bunun qəbulunu tezləşdirməliyik.

HTML tutorial

 

Gununsesi.info