“Bazarlarda neftin qiymətini kəskin bahalaşdıracaq səbəblər yoxdur” -İLHAM ŞABAN

  • By admin
  • 05 May 2017 17:42

ilham-shaban

Son iki gündə neftin qiymətində kəskin ucuzlaşma bir qədər gözlənilməz oldu.

Gununsesi.info xəbər verir ki, bu gün üçün “qara qızıl”ın barelinin qiyməti 2.40 dollar və ya 4.8 faiz ucuzlaşaraq 48.50 dollara qədər ucuzlaşıb.

İlin əvvəli ilə müqayisədə isə neftdə  15%-dən çox ucuzlaşma baş verib.  Ekspertlər hesab edir ki, proses davamlı olsa iqtisadiyyat yenidən sirkələnəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabah “Gununsesi.info”ya açıqlamasında neftin qiymətinin ucuzlaşmasını bir sıra səbəblərə bağladı: “Hər çərşənbə günü Amerikanın Enerji Agentliyi ABŞ-da neft ehtiyatları ilə bağlı həftəlik hesabatlarını açıqlayır. Bu sahənini analitikləri özlərinin ilkin məlumatlarını dərc edirlər.  Onlar gözləyirdilər ki, ABŞ-da neft ehtiyatları 2.3 milyon barel azalacaq və bunun nəticəsində qiymətlərin artımı baş verəcək.

Ancaq mayın 3-da hesabat açıqlananda məlum oldu ki, azalma 930 min barel təşkil olub: “Bu proses ABŞ və London brijalarına həmin an kəskin təsir etməyə başladı. Noyabr ayından sonra neft özünün ən minimum həddinə, hətta 46 dollara qədər endi. Artıq son saatlarda “qara qızıl”ın qiymətləri özünə gəlməyə başlayıb”.

Bundan əlavə İlham Şaban qeyd etdi ki, OPEC-in mayın 25-də keçiriləcək toplantısı ilə bağlı bazara kifayət qədər pozitiv siqnallar gəlmir: ”Burada hasilatın azaldılıb-azaldılmayacağı, bunun hansı formada baş verəcəyi ilə bağlı müsbət analizlər verilmir. Belə bir şəraitdə neftin qiymətinin 50 dollardan aşağı olması təbii haldır.  Səudiyyə Ərəbistanın, İranın, İraqın, Liviyanın, Rusiyanın energetika qurumlarının açıqlamaları bazara böyük təsir göstərən amillər olacaq”.

Lakin ekpsert neftin dəyərinin 60 dollar və ondan yuxarı qalxma ehtimalının olmadığını bildirdi: “Bu hədd hazırkı şərtlər üçün yüksək bir proqnoz olar. Hazırda bazarlarda neftin qiymətini kəskin bahalaşdıracaq səbəblər yoxdur. Cari il üçün “qara qızıl”ın orta qiymətinin 52 dollar olması proqnozlaşdırılır. Əgər OPEC mayın 25-də hasilatı 1 milyon beralə qədər azaldılması ilə bağlı qərar çıxarsa, bazara pozitiv siqnal verəcək. İlin ikinci yarısında neftin qiymətinin 50-55 dollar diapozonda dəyişəcəyini müşahidə edə bilərik”.

 

Vüsalə Rüstəmova

Gununsesi.info