Britaniyanın BBC yayım təşkilatının müxbirləri onların qurumunu İsrail-Fələstin məsələsində “İsrailyönlü mövqe tutduqlarına və verilişlərində israillilərlə müqayisədə fələstinli mülki şəxslərə kifayət qədər yer vermədiyinə” görə tənqid ediblər.
Gununsesi.info bildirir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, BBC-nin Böyük Britaniyada fəaliyyət göstərən 8 əməkdaşı Əl-Cəzirə kanalına 2300 sözdən ibarət məktub göndərib.
Məktubda jurnalistlər öz qurumlarını İsrailin xeyrinə qərəzli münasibətdə ittiham ediblər.
Məktubda Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyi iddiası ilə bağlı xəbərlərində “təfsirsiz” mövqe sərgiləyən BBC-nin İsrail-Fələstin məsələsində “mülki vətəndaşlara münasibətdə ikili standartlar” tətbiq etdiyi iddia edilib.
Məktubda deyilir: “İsrailin iddialarına tənqidi yanaşa bilməyərək, BBC hekayəni dəqiq izah edə bilmədi və buna görə də ictimaiyyətə Qəzzada baş verən insan haqları pozuntularını anlamağa kömək edə bilmədi”.
Oktyabrın 7-dən bu yana minlərlə fələstinlinin öldürüldüyünə diqqət çəkən məktubda “Bu rəqəm nə vaxt redaktor mövqeyimizi dəyişdirəcək qədər yüksək olacaq?” deyilib.
BBC müxbirləri məktubda qurumun “qırğın” və “vəhşilik” kimi ifadələrdən “yalnız Həmas üçün istifadə etdiyini və HƏMAS-ı regionda zorakılığın yeganə təhrikçisi və icraçısı kimi göstərdiyini” bildiriblər.
“Biz BBC-dən xahiş edirik ki, rəsmi və qərəzsiz humanitar təşkilatların sübuta əsaslanan nəticələrini daha yaxşı əks etdirsin və onlara inansın”, – məktubda deyilir.
BBC əməkdaşları həmçinin öz təşkilatlarını “bütün mülki şəxslərlə bərabər rəftarın onun hesabatının mərkəzində olmasını təmin etməyə” çağırıb.
Məktubda BBC yayımlarının hücumlarda həyatını itirən israillilərə geniş yer verildiyi vurğulanıb. “Digər tərəfdən, fələstinli mülki şəxslərə yönəlmiş humanitar nəşrlər əskik olaraq qalır. Qəzza zolağına daxil olmaqda çətinlik çəkdiyi üçün BBC-nin Qəzzə ilə bağlı xəbərləri daha yaxşı işıqlandıra bilmədiyini söyləmək zəif bir bəhanədir. Buna misal olaraq, həftələr ərzində fərdi hekayələr söyləmək və izləməklə nail olmaq olar. Qəzza və İordan çayının qərb sahilindəki cəsur jurnalistlərin sosial media məzmununun bolluğundan tam istifadə etmək üçün az cəhdlər edilib”, – deyə məktubda bildirilib.
Məktubda həmçinin qeyd olunub ki, BBC öz izləyicilərinə İsrail işğalının tarixi və fələstinlilərin çəkdiyi əziyyətlərlə bağlı mühüm məlumatlar təqdim etmir.
BBC sözçüsü Əl-Cəzirəyə göndərdiyi məktubdakı iddialara belə cavab verib: “Münaqişənin işıqlandırılması zamanı BBC Qəzza və İsraildə yaşayan mülki vətəndaşların dağıdıcı insan dəyərini açıq şəkildə nümayiş etdirdi”.
Sözçü həmçinin BBC-nin müharibəni işıqlandırdığı nümunələrin və Fələstin əzablarının insan hekayələrinin siyahısını göndərib.
Gununsesi.info