BBC futbol yayımındakı porno səslərə görə üzr istəyib

  • By admin
  • 18 Yanvar 2023 11:55

BBC FA Cup proqramının canlı yayımı zamanı porno səslər eşidildikdən sonra üzr istəyib.

Gununsesi.info-nun xəbərinə görə, olay “Vulverhempton” – “Liverpul” matçının canlı yayımı zamanı baş verib.

BBC-nin aparıcısı və keçmiş İngiltərə milli futbolçusu Qari Lineker qonaqlar Pol İns və Denni Merfi ilə danışdığı anlarda yayım porno səsləri ilə kəsilib.

Lineker gülümsəyərək, “Məncə, kiminsə telefonuna nəsə göndərilir. Bilmirəm, onu ekranda eşidə bilərsənmi” deyib.

Matç başlayandan sonra Lineker Tvitter hesabında foto paylaşıb.

Lineker paylaşdığı paylaşımda “Bunu dekorun arxasına yapışdırılmış vəziyyətdə tapdıq” deyərək mobil telefon fotosunu paylaşıb.

Twitter paylaşımını geçin

Tərcümə: Afət