BDU əməkdaşlarının maaşları artırıldı

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları qaldırılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.

Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək. Elmi Şura həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.

 

 

Gununsesi.info