Onlar 20-25 ildir ki, dərs demədiyi halda maaş alırdılar - CƏMİL HƏSƏNLİ

  • By admin
  • 26 Avqust 2022 18:11

Bakı Dövlət Universitetində müəllim kimi maaş alan bir qrup deputatın və məmurun bu ali təhsil ocağından kənarlaşdırılması cəmiyyətdə müsbət qarşılanıb.

Gununsesi.info-nnun xərinə görə, uzun illər BDU-da çalışmış tarixçi-alim Cəmil Həsənli də bu məsələdən yazıb.

HTML tutorial

Dünən Universitetin rektoru Elçin Babayevin əmri ilə bir paraxod deputat və yüksək vəzifəli məmurlar işdən azad edilib. SBu gün qəzetlər və saytlar yazır ki, “BDU-da dərs deyən deputat və məmurlar işdən çıxarıldı”. Əslində isə başlıq belə olmalıdır: “BDU-da dərs deməyən deputat və məmurlar işdən çıxarıldı”. Onların dərs dediyin kim görüb?

Əmrdə adı keçən deputat və məmurların çoxu uzun illərdir ki,  Universitetin qapısını tanımırlar, tələbə auditoriyalarında onların mübarək sifətlərini görən olmayıb. Böyük bir hissəsi alimlikdən də müəllimlikdən də çoxdan uzaqlaşıb. YAP-ın rəhbərliyində təmsil olunan Baş Nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin keçmiş birinci müavini Ziyafət Əsgərov və digərləri 20-25 ildir Universitetdə “işləyirlər”,  əslində işləmirlər, lakin oradan əmək haqqı alırlar.

BUNA DA BAX!

BDU-dakı deputat və məmur ordusu bu ali təhsil ocağından uzaqlaşdırıldı

Əmrdə adı keçən deputat və məmurların kiçik istisnalarla hamısı YAP-ın rəhbərliyində, müxtəlif qurumlarında təmsil olunan şəxslərdir. Əgər diqqət yetirdinizsə əmrdə adı keçən “alim və müəllimlərin” çoxu Beynəlxalq Münasibətlər fakültəsinə aiddir. Onların çoxu BDU-nu özlərinin ehtiyyat eniş zolağına çevirib. Özlərinə “qaragünlük” kafedralar saxlayırlar. Bu adamlar uzun illərdir işləməyə-işləməyə əmək haqqı alırlar.

Gecikmiş olsa da  məncə rektorun əmri təqdir edilmədir. Dəfələrlə demişəm, hər yerdən vaxtında getmək lazımdır. Getməyəndə,  bax belə əmrlə adamın mitilin bayıra atırlar ”.

 

Gununsesi.info