
Bakı Dövlət Universiteti qış semestr imtahanı zamanı tələbələrin liftdə qalması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
BDU-nun mətbuat xidmətindən bildirilib ki, yayılan videogörüntülər yeni deyil:
“İstənilən yaşayış binası və ya müəssisədə olan texnikada müvəqqəti nasazlıq yarana bilər. Belə hal olan kimi dərhal aradan qaldırılır”.
16:01
Bakı Dövlət Universitetində qış semestr imtahanı zamanı tələbələr liftdə qalıblar.
Bu barədə “Facebook”dakı “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
“Bakı Dövlət Universitetində imtahana gedən tələbələr liftdə qalıblar”, – deyə məlumatda bildirilib.
Gununsesi.info