BDU-nun 4 tələbəsi ZƏHƏRLƏNDİ

Bakı Dövlət Universitetinin 4 tələbəsi qidadan zəhərlənib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə gətirilib.

HTML tutorial

KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu “Report”un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: “Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır”.

Gununsesi.info