
Rusiya Əməkdaşlıq Təşkilatının Azərbaycan təmsilçiliyi tərəfindən Bakıdakı Rusiya İnformasiya-mədəniyyət Mərkəzində “Alimlər – uşaqlara” adlı layihənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.
Layihə Rusiya Əməkdaşlıq Təşkilatının Azərbaycan təmsilçiliyi və Azərbaycanın rusdilli tədris müəssisələrinin müəllimləri ilə birgə reallaşdırılıb. Layihənin məqsədi məktəb şagirdlərində elmi biliklərə həvəs yaratmaq, onlara Rusiya və Azərbaycan elminin inkişaf tarixi və müasir vəziyyətinə dair məlumatlar verməkdən ibarətdir.
Layihə çərçivəsində hər ay məktəb şagirdləri və ali məktəb tələbələrinin Azərbaycanın tanınmış alimləri ilə görüşləri təşkil olunub.
Rusiya Əməkdaşlıq Təşkilatının Azərbaycandakı təmsilçisi Aleksey Konnov layihənin gerçəkləşdirilməsində fəal iştirak etmiş Azərbaycan alimlərinə və gənclərinə “Təşəkkürnamə”lər təqdim edib.
Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, dos. Cavanşir Muradov, BDU nəzdində “Russkiy mir” fondunun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova və Filologiya fakültəsinin IV kurs tələbəsi Fatimə Hüseynli layihədə fəal iştirak etdiklərinə görə mükafatlandırılıblar.
Nigar Cəfərli
Gununsesi.info