BDU-nun şöbə müdiri koronavirusdan vəfat etdi

  • By admin
  • 22 Dekabr 2021 13:13

Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev bu gün səhər saatlarında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib. Bildirilib ki, 76 yaşlı müəllim COVID-19-dan dünyasını dəyişib.

HTML tutorial

Qeyd edək ki, A. Xasayev 1992-2016-cı illərdə BDU-nun Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.

Gununsesi.info