BDU-nun Mətbuat və informasiya şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Bilik Fondunun icraçı direktoru Oktay Səmədov imzalayıblar.
Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.
BDU-nun 100 illiyinə həsr olunmuş 100 tədbirin 2018-ci ilin fevral ayından başlayaraq 2019-cu ilin iyun ayınadək keçirilməsi, tədbirlərdə BDU-nun alim və mütəxəssislərinin iştirakı, sonda 100 görüşü əks etdirən kitabın nəşri və bütün bunların ölkə başçısının sərəncamı ilə elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə böyük töhfə olacağı bildirilib. Sonda Bilik Fondunun icraçı direktoru Oktay Səmədova “Universitetin Dostu” mükafatı təqdim edilib.
Gununsesi.info












