“Beatles”ə həsr olunmuş kitab və film hazırlanır

  • By admin
  • 18 Sentyabr 2020 16:19

Əfsanəvi “The Beatles” rok musiqi qrupuna həsr olunmuş son 20 ilin ilk kitabı nəşrə hazırlanır.

Gununsesi.info “The Guardian”a istinadən xəbər verir ki, kitabın adı “Let it be” albomundakı son mahnının – “Get back”ın (“Geri dön”) adı seçilib. Kitaba giriş sözünün müəllifi britaniyalı yazıçı Hənif Küreyşidir.

Həmçinin 2021-ci ilin avqust ayında məşhur dördlükdən bəhs edən, “Üzüklərin hökmdarı”nı da ərsəyə gətirmiş rejissor Piter Ceksonun çəkdiyi sənədli film ekranlara çıxacaq.

Həm kitaba, həm də filmə ilk dəfə açıqlanan arxiv materialları daxil ediləcək.

 

 

Gununsesi.info