Belə amansız hökm gözləmirdik - NAZİM BƏYDƏMİRLİNİN HƏYAT YOLDAŞI

  • By admin
  • 02 Oktyabr 2024 09:01

“İstər istintaq, istərsə də məhkəmə prosesinin gedişi ,baş verən prosessual pozuntuları bizdə Nazim Bəydəmirlinin barəsində ədalətli hökm olmayacağına dair fikir formalaşdırmışdı. Ona görə də biz Nazimin azadlıqdan məhrum edilməsini gözləyirdik. Amma belə bir amansız hökmü- 8 il cəzanı  gözləmirdik”.

Bunu Gununsesi.info-ya açıqlamasında 8 il azadlıqdan məhrum edilən sabiq deputat Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli deyib.

Həyat yoldaşının günahsız olduğunu deyən Fəridə Bəydəmirli bildirib ki, ekoloji fəlakətə etiraz edən bir ictimai xadimin   COP 29 ərəfəsində azadlıqdan məhrum edilməsi ölkənin imici üçün yaxşı heç nə vəd etmir:”Nazim Bəydərmirli sıradan adam deyil. O, Gədəbəyin deputatı olub. Millət vəkili olduğu zaman da öz seçicilərinin yanında olub, onların probleminin həllinə çalışıb. Məlum “Söyüdlü olayları” zamanı da ekoloji problemlərdən danışıb. Onun dediklərini sonradan ölkə başçısı da təkrar edib. Adamın özünün şikayətçi olduğu işə görə çağırıb həbs ediblər. Sonrakı araşdırmalar da qanunsuz aparıldı.  Bir sözlə biz  bu hökmdən təəccüblənmədik”. 

 

Günay Mahirqızı

Gununsesi.info