
“2023-cü ildə ölkə sərhədləri bağlı saxlanılıb, bunun da heç bir hüquqi açıqlaması olmayıb”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Ölkədə ümumdaxili məhsul istehsalı aşağı olub. Belə gedərsə, Avopa standartları bizim xalqımız üçün xəyal olaraq qalacaq. Bizim iqtisadiyyatımızın durğunluq dövrünə keçdiyini deyə bilərik. Çünki ölkədə sahibkarlar sıxışdırılır, onlara imkanlar yaradılmır. Bundan əlavə, bu il ölkəmiz COP 29-a ev sahibliyi edəcək. Mən öyrənmək istəyirdim ki, hökumət bunun üçün nə qədər vəsait ayrılacaq?”,- deyə o qeyd edib.
Gununsesi.info