
Sosial şəbəkələrdə Sabirabad Rayonunun Sərxanbəyli kəndinin girişindəki körpününü görüntüləri yayılıb.
Gununsesi.info bildirir ki, ortası dağılmış körpüdən gün ərzində yüzlərlə avtomobil hərəkət edir ki, bu da hər an təhlükə deməkdir. Kənd sakinləri bildirir ki, qəzalı körpü barəsində Sabirabad icra hakimiyyəti məlumatlı olsa da tədbir görülmür.
Buna səbəb isə Azərbaycan Avtomobil Yolları Agentliyinin pul ayırmaması göstərilir.
Gununsesi.info