Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə İnstaqram hesabının bağlanması haqda açıqlama verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumatına görə, Nyu-Yorkda olarkən polislərlə şəkil çəkdirən və bu hərəkəti “irqçi” adlandırılan amerikan polisinə dəstək kimi başa düşülən aktrisa çoxlu tənqidə məruz qalıb.
İnstaqramda izləyicilərin çoxlu şikayətindən sonra isə Nəsrinin profili bağlanıb. O, bu haqda deyib:
“Çox təəccüblənirəm. Hər saniyə İnstaqramıma baxmıram deyə, bağlandığından xəbərim yox idi. Sonra gördüm ki, yazırlar “Nəsrin İnstaqramını bağladı”. Ondan sonra bildim. Mən heç vaxt profili belə şeylərə görə sosial şəbəkədən getmərəm. Şikayətlərə görə İnstaqram özü hesabı bağlayıb. Mən niyə, kimdən qaçım ki? Pis bir şey etməmişəm ki. Bu sadəcə turist fotosu idi”.
Dünən isə artıq Nəsrin İnstaqrama qayıdıb.
Gununsesi.info