Belə əxlaqın sahibindən ədalət gözləməyin - AYNUR ELGÜNƏŞ "NƏRMİN İŞİ"ni APARAN HAKİMDƏN YAZIR

  • By admin
  • 04 May 2023 10:08

Prokuror İlkin Süleymanova 20 il iş istəyib.

Yəni aylardır sürən məhkəmə araşdırmasına bir quş…

Sadalanan onlarca fakt boşunadır, sonda yenə istintaqın gəldiyi nəticə təsdiqlənəcək.

Onsuz da hakim Dadaş İmanovun hünəri çatmaz məhkəmədəki sübutları nəzərə alsın.

Sizə bir müddət əvvəl bu hakim Dadaş İmanovun çıxardığı bir hoqqadan danışım, özünüz məhkəmə sistemindəki biabırçı vəziyyətlə tanış olun.

Deməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov eşidib ki, onun çıxardığı hökmü Apelyasiya Məhkəməsi ləğv edib. Həmin iş üzrə yeni bəraət hökmü çıxarıb.

O, çıxardığı hökmün ləğv olunması xəbərini məhkəmə zalında olarkən prokurordan eşidib.

Həmin vaxt o işdə müdafiəçi olan vəkil Zabil Qəhrəmanov da zalda imiş.

Zabil Qəhrəmanov hazırda İlkin Süleymanovun vəkilidir.

Əsəblərinə hakimlik edə bilməyən Dadaş İmanov məhkəmə zalında olmasını, ətrafdakı adamları nəzərə almadan, “mənim çıxardığım hökmü ləğv elətdirənin…” deyə çox ağır söyüş söyüb.

Ətrafdakılar hakimin söydüyü söyüşdən də, hərəkətindən də şoka düşüblər.

Bu vaxt vəkillə hakim arasında mübahisə yaranıb.

Məsələdən məhkəmənin sədri Natiq Əliyev də xəbərdardır.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov istəsə, Natiq Əliyevi çağırıb ondan detalları dəqiqləşdirə, hətta kamera görüntülərində özü də baş verənlərə baxa bilər.

Deyilənə görə, məhkəmədəkilər Dadaş İmanovun bənzər macəralarına tez-tez şahidlik edirlər.

Sözümün canı odur ki, belə əxlaqın sahibindən ədalət gözləməyin.

 

Aynur Elgünəş

Jurnalist