Belə bir olay nə görüldü, nə də eşidildi: Tüfəngin tətiyinə basan köpək sahibini öldürdü

  • By admin
  • 25 Yanvar 2023 13:16

Amerika Birləşmiş Ştatlarında (ABŞ) qeyri-adi cinayət hadisəsi olub. Olay bütün dünyanın çaşqınlığa uğradıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kanzas əyalətində bir yük avtomobili içində cansız bədənə rast gəlinib. 30 yaşlı Cosef Austin Smitin avtomobilin içində köpəyinin səhvən tüfəngin tətiyinə basması nəticəsində silahın lüləyindən çıxan güllə ilə öldüyü bəlli edilib.

 

Olay Smit avtomobillə iti ilə birlikdə yolçuluq edərkən yaşanıb. Tibb işçilərinin müdaxiləsinə rəğmən həyatı xilas edilməyən Smitin cəsədi üzərindəki edilən analizlər zamanı hadisənin köpək tərəfindən törədildiyi təsdiqlənib.

Polislər də istintaq zamanı adamın arxasından vurulduğunu və arxa oturacaqda isə bir itin olduğunu vurğulayıblar.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info