Belə olarsa, istənilən danışıqlardan geri çəkiləcəyik – ZELENSKİ

  • By admin
  • 23 Aprel 2022 22:08

Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər.

Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

“Mariupolda insanlar məhv edilərsə, Ukraynanın hər hansı işğal olunmuş ərazilərində referendum elan olunarsa, istənilən danışıqlardan geri çəkiləcəyik. Amma oradakı insanlar bunu bilməli və onlara kömək etməməlidirlər. Bu, Rusiya tərəfindən atılan yanlış addımdır və əvvəlki danışıqların uydurma və sadəcə çox pis aktyorların olduğu bir teatr olduğunu deməyə əsas verir”, – Zelenski qeyd edib.

Gununsesi.info