Belə ruhi-əsəb problemləri olan adamdan hakim olmaz - MTN GENERALININ MƏHKƏMƏSİNDƏ HAKİM QANUNSUZLUĞU

  • By admin
  • 01 Dekabr 2021 00:03

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi və.nazirliyin digər vəzifəlilərinin məhkəməsində qalmaqal baş verib.

Ancaq bu dəfə baş verən qalmaqal müdafiə tərəfi ilə zərərçəkənlər arasında deyil, hakim Elbəy Allahverdiyevlə vəkillər arasında olub.

 

Gununsesi.info bildirir ki, vəkil Elçin Sadıqov bu barədə öz sosial şəbəkə hesabında yazıb.

 

Vəkilin qeydlərini olduğu kimi təqdim edirik:

 

MTN-nin keçmiş yüksək vəzifəli şəxsləri Mövlam Şixəliyev və qeyrilərinin təqsirləndirildiyi cinayət işi üzrə bu günkü məhkəmə iclasında prosesə “sədrlik” edən hakim Elbəy Allahverdiyev özünü hakim kimi yox etik qaydalara belə əməl edə bilməyən şəxs kimi aparırdı.

Hər kəsdən telefonunu qanunsuz alan hakim mənim telefonumu da almasına etiraz edəndə mənə dedi ki, səsinin tonunu kəs. Sanki mən pıçıldayaraq danışmalı və bundan üzr istəməli idim. Guya məni ilk dəfə eşidirdi və səsimin gur olduğunu bilmirdi.

Hətta bu sözü deyərkən ədəbsizcəsinə sağ əlinin baş və şəhadət barmağını maqqaş formalı hərəkət etdirməyi də unutmadı. Sadəcə olaraq səbrimi boğdum. Belə ruhi-əsəb problemləri olan, özünü aparmağı bacarmayan, etik qaydalara əməl etməyən adamın nə üçün hakim kimi qalmağı məni təcübləndirdi.

Vəkil yoldaşların xahişi ilə telefonu verdim.

Bu telefon məsələsinə VKRH aydınlıq gətirməyə çalışsa da, belə hakimlərin ucbatından qanunlar pozulur.

Halbuki, elektron məhkəmədə sənədlərə baxılması, yüklənməsi və.s. Hərəkətlərin hamısı asan imza bə internet vasitəsi ilə olur. Hakimin belə qanunsuz hərəkəti nəticəsində baxılan həmin iş üzrə heç bir sənədə baxmaq imkanım olmadı. Halbuki, Mövlam Şixəliyev tərəfindən verilən vəsatətlər və digər sənədlər elektron məhkəmədə olduğuna görə sənədlərə çatım imkanım olmadı.

Məhkəmələrə vəkillərin telefonla buraxılması məsələsi bir dəfəlik həll edilməlidir.