Belarus 5 ölkəyə uçuşların dayandırılmasını uzadıb

  • By admin
  • 04 Sentyabr 2020 16:03

Belarusun “Belavia” şirkəti koronavirus pandemiyası fonunda Rusiya, Latviya, Kipr, Türkmənistan və Gürcüstan istiqamətində uçuşların dayandırılmasını uzadıb.

Gununsesi.info “BelTA”ya istinadən verdiyi məlumata görə, Belarusdan Rusiyaya uçuşların bərpası sentyabrın 30-dək uzadılıb. Rusiyanın Voronej, Kazan və Nijni Novqorod şəhərlərinə isə uçuşların dayandırılması oktyabrın 24-dək uzadılıb.

Eyni zamanda “Belavia” Riqaya (Latviya) uçuşların bərpasını sentyabrın 20-dək, Larnakaya (Kipr) sentyabrın 14-dək, Aşqabada (Türkmənistan) və Gürcüstanın bütün məntəqələrinə isə sentyabrın 30-dək uzadıb.

 

Gununsesi.info