
Belarus Azərbaycan üçün nəinki strateji partnyor, həm də yaxın, dost və qardaş ölkədir, ən əsası isə etibarlı tərəfdaşdır.
Gununsesi.info-nun məlumatına görə, bunu Baş nazirin birinci müavini Yaqub Eyyubov Belarusun milli bayramı münasibəti ilə keçrilən qəbulda deyib.
Y.Eyyubov sonra bunları bildirib:
“Biz münasibətlərimizi qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində qururuq. İki ölkənin iqtisadiyyatı sürətlə inkişaf edir və bu, dövlət başçılarının apardığı düzgün və müdrik siyasətin nəticəsidir”.
Gununsesi.info