Belarus azərbaycanlıları Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb

  • By admin
  • 06 Aprel 2017 15:00

d5vjk358mfjmnutuit1h08ag17umumrusya logo

Belarus Respublikasında fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlara görə narahatlığını bildirir.

Gununsesi.info-ya Diasporla Iş Üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Belarus azərbaycanlıları hesab edir ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır. Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini diqqətə çatdıran təşkilat üzvləri bildirir ki, ÜAK on ildən artıqdı iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətindəfəaliyyət göstərir.

“Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdı ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətini Vətəninin milli, mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir” –deyə Belarus azərbaycanlıları qeyd edir.

Bəyanatda deyilir: “Belarusda yaşayan azərbaycanlılar digər ölkələrin diaspor təşkilatları, eləcə də rus icması ilə yaxşı münasibətlərimiz var və birlikdə çox sayda aksiya və tədbirlər keçiririk. Heç nə bizim dost və qardaş münasibətlərimizə xələl gətirə bilməz”.

“Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək.

Gülnaz Qənbərli

Gununsesi.info