Belarus Azərbaycandan 210 milyon dollar dəyərində neft alıb

  • By admin
  • 14 Yanvar 2021 18:57

Belarus 2020-ci ildə Azərbaycandan 210 milyon dollar məbləğində neft idxal edib.

 

Gununsesi.org bu barədə Belarus KİV-nə istinadən məlumat verir.

Ötən ilin yanvar-noyabr aylarında Belarusun neft idxalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azalaraq 3,35 millyard dollar təşkil edib.

Hesabat dövründə Belarus Rusiyadan 2,94 milyard dollar, Azərbaycandan 210 milyon dollar, Ukraynadan 15,9 milyon dollar, Litvadan 72 milyon dollar, Norveçdən 52,6 milyon dollar, Səudiyyə Ərəbistanından 13,15 milyon dollar, ABŞ-dan 51,7 milyon dollar məbləğində neft idxal edilib.

Gununsesi.org