Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Belarus mətbuatında geniş işıqlandırılıb.
Xəbər verilir ki, “BELTA” dövlət informasiya agentliyi və “Belarus Segodnya” nəşrində Azərbaycanda keçirilən seçki ilə bağlı silsilə məqalələr dərc olunub.
Məlumatlarda seçkinin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb. Həmçinin səsvermənin yekunu, “exit-poll”un nəticələri, Prezident İlham Əliyevin yenidən böyük səs çoxluğu ilə qələbə qazandığı, beynəlxalq müşahidəçilərin seçkilərə dair yüksək fikirlərinə dair məqalələr yer alıb.