Belarus millisinin baş məşqçisi istefa verdi

  • By admin
  • 05 Aprel 2021 22:58

Futbol üzrə Belarus millisinin baş məşqçisi Mixail Marxel istefa verib.

Gununsesi.info  xəbər verir ki, bu barədə o yerli futbol ictimaiyyətinə müraciətində deyib.

55 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində Belçika yığmasına 0:8 hesablı məğlubiyyətdən sonra bu qərarı qəbul etdiyini bildirib. O, bütün məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, Mixail Marxal 2019-cu ilin iyununda yığmaya baş məşqçi təyin olunmuşdu.

Gununsesi.info