Belarus müdafiə naziri Lukaşenkonun görüşünə nüvə bombası ilə gəldi

Belarusun müdafiə naziri Viktor Xrenin Prezident Aleksandr Lukaşenkoya hesabat vermək üçün gəldiyi görüşə nüvə bombası ilə qatılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə prezidentin Mətbuat Xidməti məlumat verib.

Məlumatda bildirilib ki, hesabatdan əvvəl Müdafiə Nazirliyinin rəhbəri prezidentə bomba şəklində qeyri-adi suvenir hədiyyə etmək istəyib.

“Bomba gətirmisən?” – deyə Lukaşenko təəccüblə soruşub.

Xrenin əlindəkinin bomba olduğunu təsdiqləyib və 1949-cu ildə Sovet İttifaqında icad edilən ilk nüvə bombasını simvolik olaraq Belarus prezidentinə təqdim etmək üçün icazə istəyib.

Lakin Lukaşenko bunun köhnə bomba olduğunu bildirib. “Müasir olan daha fərqli görünür”, – deyə o vurğulayıb.

“Hər şeyə sahib olduğumuzu xarakterizə etmək üçün bu, simvolik məna daşıyır”, – deyə Xrenin izah edib.

O bildirib ki, bu, SSRİ-də ixtira edilmiş ilk nüvə bombasının surətidir.

“Belarusun düşmənləri düşünməsinlər ki, biz burada simvolizə ilə məşğuluq və ya nüvə silahına çox sevinirik”, – Lukaşenko deyib.

 

Gununsesi.info