NATO hesab edir ki, Belarus yaxın günlərdə Ukraynadakı müharibəyə qoşula bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə adı açıqlanmayan NATO rəsmisi CNN-ə deyib.
Mənbənin sözlərinə görə, Belarus artıq tanmiqyaslı hücumda iştirak üçün müəyyən addımlar atır.
“Məsələ onda deyil ki, Lukeşenko nə istəyir; sual budur ki, Putin regionda daha bir ölkədə qeyri-stabillik istəyirmi?” – mənbə bildirib.
NATO-nun kəşfiyyat məmuru Belarus hakimiyyətinin artıq Ukraynaya hücuma haqq qazandırmaq üçün hazırlıqlara başladıqlarını da deyib. Bunun üçün bəhanə isə NATO-nun Ukraynaya külli miqdarda silah yardımı olacaq.
Belarus müxalifətindəki mənbə isə Belarus ordusunun artıq yaxın günlərdə Ukraynaya girmək üçün hazırlaşdığını iddia edib.
Gununsesi.info