Belarus Prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu Viktor Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti seçilib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun bu posta namizədliyi Olimpiya iclasının iştirakçıları tərəfindən dəstəklənib.
Olimpiya çempionu, Belarus Kanoe Assosiasiyasının sədr müavini Dmitri Dovqalenok isə MOK-un vitse-prezidenti seçilib.
Belraus lideri qeyd edib ki, oğlunun bu vəzifəyə namizədliyi onun tərəfindən irəli sürülməyib. Lukaşenko Viktorun hazırda prezidentin milli təhlükəsizlik üzrə köməkçisi olduğunu xatırladaraq, oğlunun bu vəzifələri birləşdirib-birləşdirməyəcəyi ilə bağlı hələ qərar vermədiyini söyləyib.
“Kimsə düşünürsə ki, burada atasının təklifi ilə ona böyük bir vəzifə verilib, səhv edir. Onun onsuz da, vəzifəsi var – milli təhlükəsizlik köməkçisi…”, – deyə Lukaşenko vurğulayıb.