
Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
A.Lukaşenko İlham Əliyevə nəzərədə tutulan planların həyata keçirilməsində möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və uğurlar diləyib: “Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasət ilə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək”.
Gununsesi.info