Belarus Qərbin sanksiyalarına qarşı nə edəcək?

  • By admin
  • 05 İyul 2021 09:18

Belarus üçün mənfi iqtisadi proqnozların əksəriyyətinin reallaşmayacağına əminəm.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu Belarus Baş naziri Roman Qolovçenko Qərbin sanksiyalarına qarşı hökumətin planından danışarkən deyib.

Qolovçenko qeyd edib ki, hazırki şərtlərdə ölkənin vəzifəli şəxsləri dəqiq iş planına sahibdir: “Biz daha da motivasiya ola bilərik. Sərt iş şəraiti bizi daha sürətli hərəkət etməyə, yeni bazarlara aktiv şəkildə girməyə məcbur edir”.

Baş nazir Qərbin sanksiyalarına qarşı laqeyd yanaşmadığını, səlahiyyətli nümayəndələrin sektoral sanksiyaların iqtisadiyyata təsirini qiymətləndirdiklərini vurğulayıb.

Gununsesi.info