

Belarus Rusiya-Belarus bazarındakı qeyri-bərabər şərait və qiymətlər nəticəsində 15 milyard dollar itirib.
Gununsesi.info “belta.by”-a istinadən xəbər verir ki, bunu Balrus prezidenti Aleksandr Lukaşenko bu gün jurnalistlərə açıqlamasında deyib.
Lukaşenkonun sözlərinə görə, bunu Rusiya tərəfi də yaxşı bilir və bunun əvəzində onlara 5 milyard dollar həcmində kredit verib.
“Çox yaxşı, bizdən qiymətlər yolu ilə 15 milyard dollar qazanıbsan, sonradan isə bizim pulu özümüzə üç dəfə baha faizlə kredit verirsən? Hansı ki,bu kredit faizləri Beynəlxalq Valyuta Fondunun faizlərindən də yüksəkdir. Məgər bu normal yanaşmadırmı?”- deyə, Lukaşenko vurğulayıb.
Lukaşenko əlavə edib ki, bütün bunların müqabilində Rusiyada Belarusa qarşı sərt tənqidlər səslənir, hətta, onun barəsində “Kryostnıy batka” filmlər çəkilməkdədir:
“Hətta deyilənə görə, bu filmlərdə prezidenti təhqir etmək səviyyəsindədək gedirlər. Məgər bu normal yanaşmadır? Biz nə qədər istəsək polemika apara bilərk, ancaq bir -birini təhqir etmək səviyyəsindək enmək olmaz. Bu, yolverilməzdir”.
Lukaşenko deyib ki, onuntənqid və təhqir edə bilərlər, çünki öyrəncəlidir:
“Lakin mənim xalqımın və dövlətimin təhqir olunması ilə heç zaman barışa bilmərəm. Kimsə deyə bilməz və inanmaz ki, Lukaşenko Rusiyanın düşmənidir. Ancaq siz edirsiniz. Onu da bilməlisiniz ki, bunun ağır bədələini siz ödəyəcəksiniz. Kimsə deyə bilməz ki, Lukaşenko üzünü Qərbə çevirdi.
Buna heç kim inanmaz. Amma sizin rəhbərliyiniz buna görə bizi qınayır və inciyir. Bax, bütün bu qəzəbin kökündə bunlar durur. Özünü belə aparmaq olmaz”.
Mürtəza
Gununsesi.info