Belarus Rusiyadan ümumi dəyəri 1 milyard dollardan artıq olan silah-sursat almağı planlaşdırır.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
O, həmçinin S-400 komplekslərinin alınması perspektivlərinin müzakirə olunduğunu bildirib.
Dövlət başçısının sözlərinə görə, hazırda S-300 sistemləri ölkənin Qərb istiqamətini tam olaraq qoruyur. Lakin artıq Cənub istiqamətindən də təhdidlər meydana çıxıb.
Gununsesi.info