Belarus səfiri geri çağırıldı: Prezidentdən yeni TƏYİNAT

Prezident İlham Əliyevin Lətif Seyfəddin oğlu Qəndilovun Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

Gununsesi.info xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

HTML tutorial

Dövlət başçısının digər sərəncamı ilə, Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.