Rəsmi Minsk silah axını səbəbindən Ukrayna ilə sərhədi bağlayıb.
Gununsesi.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Bizim üçün həmişə qədim zamanlardan bir nömrəli düşmən kimi görünən Şimali Atlantika blokundan daha çox qardaşlarımız və qohumlarımızla (Ukrayna ilə – red) sərhədi bağlamaq məcburiyyətində qaldıq”, – deyə o, Minskdə keçirilən yüksək səviyyəli beynəlxalq antiterror konfransında vurğulayıb.
Onun sözlərinə görə, Belarus tərəfi bu ölkədən silah axını səbəbindən Ukrayna ilə sərhəd nəzarəti kökündən gücləndirməli olub: “Harada ki, mülki vətəndaşların əlində silah olur, xüsusilə də millətçilərin olduğu yerdə terroru gözlə…”.
“Xüsusilə bizi narahat edən məsələlərdən önəmlisi Ukrayna sərhədinə silah axınının olmasıdır. Çox sayda silah müsadirə edirik”.
Gununsesi.org