Belarus Ukrayna ilə MÜHARİBƏYƏ başladı -SON DƏQİQƏ

  • By admin
  • 10 Oktyabr 2022 13:33

Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və təhlükəsizlik rəsmiləri ilə görüşdə bildirib ki, bir gün əvvəl qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi barədə xəbərdarlıq alıblar.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinlə birgə regional qoşun qrupunun yerləşdirilməsi ilə bağlı razılığa gəlib.

“Bu qrupun formalaşması başlayıb. Məncə, iki gündür davam edir. Mənə əmr verildi ki, bu qrupu formalaşdırmağa başlayaq”, – Lukaşenko bildirib.

Ukraynadan gələn zərbələrlə bağlı xəbərdarlıqlara gəlincə, o, deyib: “Mənim cavabım sadə oldu: “Ukrayna prezidentinə və digər ağıldan kəmlərə deyin ki, öz çirkli əlləri ilə ərazimizin heç olmasa bir metrinə toxunsa, Krım körpüsü onlara gül kimi görünəcək”, – deyə o bildirib.

Gununsesi.info