Belarus vətəndaşı olan bloqçu Mellstroy (əsl adı Andrey Burim) Qazaxıstanda onlayn kazino idarə etməsinə görə axtarışa verilib və qiyabi həbs olunub.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Müstəntiqlər bildirib ki, o, kazinonun təşviqi üçün lotereyalar elan edib və sosial mediada abunəçilərinə pul və mənzil vəd edib.
İnsanlar bloqçunun diqqətini cəlb etmək üçün başlarını qırxmaq, çılpaq gəzmək, bədənlərinə damğa vurmaq və digər həddən artıq hərəkətlər ediblər.
Qeyd edək ki, Mellstroy daha əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən Belarusda hərbi xidmətdən yayınmaqda ittiham edilərək axtarışa verilmişdi.
Günay













