Belarusa məxsus təyyarə yandı

  • By admin
  • 23 Fevral 2017 19:00

pic_e78f3fc9fd3c2910c6a3f8f8df17e300

 

Belarusun Bobruyski aerodromunda Hərbi-Hava Qüvvələrinə məxsus “MiQ-29” tipli təyyarə havaya qalxmağa hazırlaşarkən onun mühərrikində yanğın baş verib.

Qafqazinfo” xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, insident təyyarə təlim uçuşu həyata keçirərkən baş verib.

Məlumatda qeyd olunur ki, pilot və uçuş rəhbərinin səriştəsi nəticəsində yanğın daha ağır nəticəylə yekunlaşmayıb: “Heç kim xəsarət almayıb. Təyyarə aerodromun ərazisini tərk etməyib”.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

 

Gununsesi.info