Belarusda ağır yol qəzası baş verib - 40 YARALI

  • By admin
  • 03 Yanvar 2022 21:20

Belarusun Vitebsk vilayətində rusiyalı turistlərlə dolu avtobus minik avtomobili ilə toqquşub.

Gununsesi.info xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, insident M-8 avtomobil yolunun 120-ci kilometrliyində baş verib. “Renault”un sürücüsü ötmə əməliyyatı edərkən qarşı zolaqla hərəkət edən ekskursiya avtobusu ilə toqquşub.

“RİA Novosti”nin məlumata görə, hadisə nəticəsində 41 rusiyalı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 6-sı ağır vəziyyətdədir. Xəsarət alanların arasında 4 uşaq var. Ümumilikdə avtobusda 42 nəfər olub. Onlardan 41-i ekskursiyaya gəlmiş rusiyalılardır. Avtobusun sürücüsü də xəsarət alıb.

“Renault”un sürücüsü – Moqilyov vilayətinin Kriçyov şəhərinin 31 yaşlı sakini həyatını itirib.

 

Gununsesi.info