
Minskdə Azərbaycan Ticarət Evinin açılışı əmtəə dövriyyəsinin artmasına kömək edəcək.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.
“Belarusda Azərbaycan Ticarət Evinin açılması ticarət dövriyyəsinin artmasına və birtərəfli istiqamətdə hərəkətin olmaması üçün onun tarazlaşdırılmasına xidmət edəcək”, – V.Makey vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın xaricdə açdığı ilk ticarət evinin Belarusda yerləşməsi onlar üçün çox vacibdir. “Belə hadisənin Belarusda baş verməsinə görə ürəkdən sevinirik”, – nazir deyib.
Onun sözlərinə görə, bu, ölkələr arasında müxtəlif səviyyələrdə aparılan fəal dialoqun təbii nəticəsidir.
Gununsesi.info