Belarusda çağırış yaşındakı kişilər siyahıya alınır

  • By admin
  • 24 Oktyabr 2022 10:25

Bir aya yaxındır ki, Belarusda səfərbərlik resurslarının aktiv yoxlanılması davam edir.

Gununsesi.info “teleqraf.com”-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində deyilir.

Qeyd edilir ki, Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, səfərbərlik resurslarının yoxlanılması oktyabrın əvvəlindən davam edir:

“Yerli icra hakimiyyəti orqanlarında potensial çağırışçılar haqqında məlumatların yoxlanılması və dəqiqləşdirilməsi üçün xüsusi qruplar yaradılıb. Çağırış yaşında olan kişilərin fəaliyyət növü, hərbi mühasibatlıq ixtisasları, ailə vəziyyəti dəqiqləşdirilir”.

Bu arada Belarus ərazisindən Ukraynadakı raket və hava zərbələri, o cümlədən İran istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə təhlükəsi hələ də qalmaqdadır.

Gununsesi.info