Belarusda dövlət teleradio şirkəti tətil elan etdi, efir boş qaldı

  • By admin
  • 17 Avqust 2020 12:37
Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.
Gununsesi.info xəbər verir ki, 600 nəfər şirkət binası qarşısında nümayişə çıxacağını elan edib.
Məlumata görə, tətili elan etmədən öncə onlar şirkət rəhbəri İvan Eysmonta məktub ünvanlayıblar. Məktubda işçilər seçki nəticələrini saxta elan olunması, MSK sədri Lidiya Yermoşinanın istefaya göndərilməsi, siyasi məhbusların azad edilməsi, KİV-də senzuranın ləğvini tələb ediblər.
Bildirilib ki, məktubu imzalayanların sayı 55-i ötüb. Qeyd olunub ki, şirkətin 1,5 min əməkdaşı mövcuddur.
Gununsesi.info